Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağır yaralı 27 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərildi - FOTO

Ağır yaralı 27 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərildi - FOTO

Tarix: 29 Mart 2021 10:46

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, "YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bundan öncə 24 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 4-ünün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.


Etiketlər:  Ağır yaralı qazi YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ