Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2021 12:10
Minalanmış ərazilərə ehtiyatsız hər addım ölümə aparır.
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Anar hüseynov bir neçə gün əvvəl mina partlamsı nəticəsində bir anda iki qardaşını itirb. Özü atsı və bir tannışı isə əlil olublar.
Hazırda 10 min kvadrat kilometrə qədər ərazidə mina təhlükəsi var. Hətta ANAMA-nın açıqlamasına görə, ermənilər eyni yerdə üst-üstə 3-4 mina basdırıb. Yəni azad olunmuş torpaqlara nəzarətsiz qoyulan hər addım insanları bu təhlükəyə daha da yaxınlaşdırır.
ANAMA və Daxili İşlər Nazirliyi əhalini dəfələrlə azad olunmuş ərazilərlə səfər etməkdən çəkinməyə, naməlum və şübhəli əşyalara toxunmamağa çağırır. Eyni zamanda bu ərazilərə təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətə qədər vətəndaşların buraya daxil olmaları müvəqqəti olaraq qəti şəkildə qadağan olunub.
ANAMA-nın məlumatına görə, 2020-ci il sentyabrın 27-dən bu günə qədər 1500 hektardan çox ərazi yoxlanılıb, 10 minə yaxın piyada və tank əleyhinə mina, 7 mindən artıq hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Lakin Ermənistanın mina xərtilərini təhvil verməməsi bu işə ləngidir.
Xarici politoloqlar da hesab edir ki, bu gün Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi üçtərəfli bəyanatların həyata keçirilməsində əsas problemdir.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun fikrincə, Ermənistanın mina xəritəsini verməməsi yalnız razılaşmaların kobud şəkildə pozulması deyil, həm də böyük cinayət aktdırı. Bu xəritələrin verilməməsi evlərinə qayıtmağa can atan çox sayda mülki şəxsin, eləcə də hərbçilərin ölümünə səbəb olur.
Azərbaycan vətəndaş cəmiyyəti və rəsmi səviyyədə bir neçə dəfə beynəlxalq təşkilatlara müraciət edərək, onları Ermənistana mina xərtilərini verməklə bağlı təzyiq göstərməyə çağırıb. Hazırda rəsmi İrəvanın bu cinayətkar davranışı regonda sülh proseslərinə və təhlükəsizliyə ciddi əngəl olur, Ermənistanın özünü də sülhün faydalarından yaralnamq imkanlarından məhrum edir.