Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində əməkdaşlığa başlayıblar

Ərdoğan: Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində əməkdaşlığa başlayıblar

Tarix: 26 Iyul 2019 20:04

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində əməkdaşlığa başlayıblar.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə lideri qeyd edib ki, bu sahədə əməkdaşlıq çox vacibdir:

"Hər üç ölkə dünya bazarında əsas fındıq tədarükçüləri hesab olunur. Dünya bazarında fındıq ixracatının 80 faizi Türkiyə, Azərbaycan və Gürcüstanın payına düşür".

R.T.Ərdoğan əlavə edib ki, bu sahədə əməkdaşlıq fındığın dünya bazarlarına tədarük həcmini artıracaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ərdoğan Türkiyə Azərbaycan Gürcüstan fındıq istehsalı sahəsində əməkdaşlığa başlayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ