Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2021 19:14
Son 1 ayda ödəmə terminallarının oğurlanıb, talan edilməsi ilə nəticələnən hadisələri sayı artıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "ARB Xəbər"in hazırladığı süjetdə qeyd edilib. Bu oğurluq hadisələrinin daha çox obyektlərin daxilində quraşdırılan terminallarda qeydə alındığı bildirilib. Daxildəki terminalların oğurlanması səbəbi isə onların yerə bərkidilməməsi olduğu qeyd edilib.
Məsələ ilə bağlı açıqlama verən "Milliön" müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, daxili terminalların yerə bərkidilməsi mümkün deyil:
"Daxili məkanlarda kioskların tez-tez yer dəyişməsi və ya əlavə kioskların quraşdırılması mümkündür. Onlara mütəmadi texniki baxışın keçirilməsi üçün rahat yer lazımdır. Həmin kioskların daxili məkanlarda yerə bərkidilməsi işi çətinləşdirir".
Ü. Əfəndiyeva terminalların təhlükəsizlik baxımından uyğun olan obyektlərdə quraşdırıldığını bildirib:
"Quraşdırılma prosesindən əvvəl məkana baxış keçirilir. Həmin yer təhlükəsizlik baxımından uyğundursa, biz terminallarımızı quraşdırırıq.
Daha ətraflı süjetdə: