Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2021 19:20
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətindəki son durumu haqqında həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
Güllü Hüseynova teleqraf.com-a açıqlamasında xalq artistinin səhhətinin yaxşılaşdığını açıqlayıb:
"Rəmiş mənə reaksiya göstərir, danışır. Məni tanıyır, hətta zarafatı da edir. Nə suallar verirəm, cavablayır. Allah bütün xəstələrə şəfa versin, içində də Rəmişə. Allah Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya can sağlığı versin, ölkəmizdən əskik etməsin. Rəmiş Mehriban Əliyevanın sayəsində sağaldı".
Güllü Hüseynova Rafiq Hüseynovun sənət dostlarının və yaxınlarınınn dəstəyindən də danışıb: "Pandemiyaya görə yanına çox adam buraxılmır. Xalq artisti Mənsum İbrahimov və Təyyar Bayramov gəlmişdilər. Rəmişin qardaşı qızı və qardaşı oğlu mənimlə tez-tez əlaqə saxlayırlar. Evlərində körpə uşaq olduğuna görə xəstəxanaya gəlmələrini istəmirəm".
Qeyd edək ki, Rafiq Hüseynov Bakı Sağlamalıq Mərkəzində müalicə alır