Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quru gözlər həyat keyfiyyətinə necə təsir edir?

Quru gözlər həyat keyfiyyətinə necə təsir edir?

Tarix: 29 Mart 2021 23:54

Quru göz simptomları olan xəstələrin həyat keyfiyyəti bu cür əlamətləri olmayan xəstələrə nisbətən daha aşağıdır.

Sonxeber.net xəbər verir ki, bu barədə "BMJ Open" jurnalında dərc olunan araşdırmada bildirilir.

Tədqiqatın nəticələrində qeyd olunub ki, bu xəstəlikdən əziyyət çəkən insanların gözlərinin quruluğu görmə funksiyasına, gündəlik həyatlarına və preformanslarına mənfi təsir edir

Quru göz sindromu günümüzdə hər yaşda olan insana təsir göstərə biləcək çox yayılmış problemdir. Ancaq daha çox qadınlarda və yaşlılarda müşahidə edilir.

Simptomları isə göz qıcıqlanması, qızartı və bulanık görmədir. 65 yaşdan yuxarı olan insanların üçdə birinə bu xəstəliyin olduğu bildirilir.

Müalicəsi elə böyük xərc tələb etmir. Tez-tez süni göz yaşlarından və göz yağlarından istifadə etmək yetərlidir. (publika.az)


Etiketlər:  Quru gözlər həyat keyfiyyətinə necə təsir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ