Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bakı Metropoliteni” Müşahidə Şurasının tərkibi təsdiqləndi

“Bakı Metropoliteni” Müşahidə Şurasının tərkibi təsdiqləndi

Tarix: 30 Mart 2021 15:22

Prezident İlham Əliyev "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam verib.

Sonxeber.net-ın AZƏRTAC-a istinadən məlumatına görə, sərəncamla qərara alınır ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Məmməd Abbasbəyli - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini

Samir Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri

Zaur Qurbanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Vüqar Məcidli - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.


Etiketlər:  Bakı Metropoliteni Müşahidə Şurasının tərkibi təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ