Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 18:00
"Liverpul"un futbolçusu Məhəmməd Salah gələcəyi ilə bağlı açıqlama verib.
Milli az qol.az-a istinadən xəbər verir ki, misirli hücumçu gələcəkdə La Liqada oynamağı istisna etməyib: "Liverpul"da qalmaq təkcə məndən asılı deyil. Nələrin olacağını görəcəyik, amma hazırda bu barədə danışmamağı seçirəm. Yurgen Kloppla münasibətim iki peşəkar insan arasındakı kimi normaldır.
Daha uzun illər oynayacağıma ümid edirəm. Bəlkə bir gün İspaniyada oynaya bilərəm. Gələcəyi heç kim bilmir. Buna görə də niyə də olmasın?".
Qeyd edək ki, Salahın "Liverpul"la müqaviləsi 2023-cü ilin yayı başa çatır. Onun adı "Real"la hallanır.