Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu brauzer təhlükəlidir

Bu brauzer təhlükəlidir

Tarix: 30 Mart 2021 20:32

"Google" şirkətinin "Chrome" brauzeri istifadəçilərin məlumatlarını toplayır və onları reklam məqsədilə istifadə edir. Bu barədə nüfuzlu "Forbes" nəşrinin müəllifi Zak Doffman qeyd edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Doffman qeyd edib ki, nəzəri cəhətdən "Google" tərəfindən toplanılmış şəxsi məlumatların açıqlanması istifadəçinin məxfiliyinə zərər vura bilər. Jurnalist xatırladıb ki, "Google" şirkəti reklamdan milyardlarla dollar qazanır və müvafiq olaraq istifadəçilərin məlumatlarını üçüncü şəxslərə satır. "Bu baxımdan "Facebook"dan heç nə ilə fərqlənmir" - o deyib.

Həmçinin mütəxəssis əvvəllər də "Chrome" brauzerini tənqid etdiyini bildirib. Korporasiyanın nümayəndələri ən təhlükəsiz proqramların adını açıqlayıblar: "Gmail" poçtu, "Drive" bulud xidməti, "Təqvim" və "Foto" xidmətləri. "Bəli, bu siyahıda "Chrome" brauzeri yoxdur" - müəllif qeyd edir. Beləliklə, "Google" dolayısilə etiraf edir ki, "Chrome" istifadəçilərinin saytlara daxilolma tarixçəsini və ödəniş məlumatlarını araşdırır.

Həmçinin jurnalist ən təhlükəli brauzerlərin reytinqini tərtib edib. Birinci yeri "Chrome" tutub, növbəti yerlərdə "Safari" və "Microsoft Edge" brauzerləri yerləşir.


Etiketlər:  brauzer təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ