Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xiaomi” prosessoru buraxılıb

“Xiaomi” prosessoru buraxılıb

Tarix: 30 Mart 2021 22:20

"Xiaomi" şirkəti prosessor buraxıb. Bu barədə Çinin "MyDrivers" nəşri məlumat yayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, jurnalistlər şirkətin "Weibo" sosial şəbəkəsində dərc edilən məlumata istinad ediblər. "Xiaomi" nümayəndələrinin sözlərinə görə, şirkət öz çipini təqdim edib. Yeni prosessorun təsvirinə görə, söhbət smartfonlar və digər texnika üçün prosessordan deyil, görüntünün emalı üçün mikrosxemdən (ISP) gedir.

Jurnalistlərin sözlərinə görə, nümayiş olunan çip qurğunun kamera məlumatlarının emalı üçün nəzərdə tutulacaq. Komponent rəng, kontrastlıq, işıqlandırma və s. haqqında informasiyanın qiymətləndirilməsi vasitəsilə foto və videonun keyfiyyətinə cavabdeh olacaq. Onun yeni "Xiaomi" smartfonlarından birinə quraşdırılacağı gözlənilir. Prosessor martın 30-da qabaqcıl "Mi 11 Ultra" smartfonunun nümayiş olunacağı tədbirdə təqdim ediləcək.

Şirkətin sonuncu çipi - "Surging S1" 2017-ci ildə buraxılıb. Hazırda "Xiaomi" qurğularında əsasən ABŞ-ın "Qualcomm" şirkətinin prosessorlarından istifadə edilir.

2020-ci ilin martında verilən məlumata görə, "Xiaomi" şirkəti "Surge" prosessorlarının hazırlanması üzrə bölmənin fəaliyyətini dayandırıb. Blogerlərin sözlərinə görə, şirkət rəqabətqabiliyyətli məhsul yarada bilmədiyindən layihəni mürəkkəb və bahalı hesab edib.

Milli.Az


Etiketlər:  Xiaomi prosessoru buraxılıb


RƏYLƏR