Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BNA bu avtobuslarla bağlı qərar verdi - Sabahdan etibarən...

BNA bu avtobuslarla bağlı qərar verdi - Sabahdan etibarən...

Tarix: 31 Mart 2021 12:38

Sabah Bakıda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsinin Vunqtau küçəsinin kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Bu səbəbdən M1, M2, M6 və 104 nömrəli marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti təşkil ediləcək.

Dəyişikliyə əsasən:

M1, M2, M6 nömrəli ekspres marşrut üzrə avtobuslar "Həzi Aslanov " metro stansiyası istiqamətində Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

104 nömrəli müntəzəm marşrut üzrə avtobuslar "Həzi Aslanov " metro stansiyası istiqamətində Gəncə prospekti - Vunqtau küçəsi - Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.

Milli.Az


Etiketlər:  BNA bu avtobuslarla bağlı qərar verdi Sabahdan etibarən


RƏYLƏR