Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Südəmər uşaqlar niyə ağlayırlar?

Südəmər uşaqlar niyə ağlayırlar?

Tarix: 1 Aprel 2021 07:33

Yeni doğulmuş uşağın istilik tənzimi mərkəzi hələ normal işləmədiyindən, onun orqanizmi tez soyuyur, həmçinin də tez qızır. Buna görə də körpələr üşüyəndə ağlamağa başlayırlar. Heç bir tədbir görülməsə onların ağızlarının ətrafı göyərir, əlləri və ayaqları soyuq olur. Südəmər uşaqların ayaqlarına xüsusilə diqqət yetirmək lazımdır. Əgər onun ayaqları soyuq deyilsə, deməli üşümür. Südəmər uşağa isti olduqda isə o, çapalamağa başlayır, dərisi qızarır, ənsəsi tərləyir. İstilik uşağın xəstəliklərə qarşı olan müqavimətini öldürür. Körpələr aşağıdakı səbəblərdən ağlayırlar:
- otaqda səs-küy olduqda
- otaq ya çox isti, ya da çox soyuq olduqda
- südəmər uşaq ac olanda
- susadıqda
- qarnında sancı olduqda
- gözünə gur işıq düşdükdə
- yeri narahat olduqda
- yuxusu gəldikdə və yata bilmədikdə
- bir yeri ağradıqda.
Bu

Milli.Az


Etiketlər:  Südəmər uşaqlar niyə ağlayırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ