Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 20:57
Azərbaycanla və Ermənistan silahlı qüvvələri arasındakı hərbi toqquşmalar zamanı Lələtəpə əməliyyatı bizim üçün əsl cəhənnəm oldu.
Sonxeber.net caliber.az-a istinadən bidirir ki, bunu erməni politoloq Qeqam Nazaryan deyib.
"Bizim 650 nəfər itkimiz oldu, döyüş meydanında 44 tankımızdan 42-sini itirdik", - Nazaryan bildirib.
Qeyd edək ki, Lələtəpə əməliyyatı dedikdə erməni politoloq 2020-ci ilin payızında 44 günlük müharibə zamanı erməni hərbçilərin eyniadlı yüksəkliyi nəzarətə götürmək cəhdini nəzərdə tutur. Erməni ordusuna hücum əmrini respublikanın Baş naziri Nikol Paşinyan verib. Bununla, o Serj Sərkisyanın Ermənistan Respublikasının Prezidenti olduğu 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazini yenidən işğal edə biləcəyinə ümid edirdi.