Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Sadıqov: “Onlar təhlükəlidirlər“

Rəşad Sadıqov: “Onlar təhlükəlidirlər“

Tarix: 2 Aprel 2021 18:18

"Səbail" çempionatın son turlarda ən yaxşı oyun nümayiş etdirən komandalarından biridir".

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, aprelin 4-də "Səbail"lə keçiriləcək Premyer Liqa qarşılaşması barədə fikirlərini sportinfo.az-la bölüşüb. Gənc mütəxəssis "dənizçilər"in kifayət qədər çətin rəqib olduğunu, bu üzdən matçın kifayət qədər gərgin keçəcəyini söyləyib:

"Onlara qarşı oynamaq həmişə çətindir. Ötən tur "Neftçi"yə uduzmaqlarına baxmayaraq, çox inamlı oyunları ilə yadda qaldılar.

"Səbail" xüsusən evdə daha təhlükəlidir. Burada hamı çətinlik çəkir. Gəlin, süni meydança amilini də nəzərə alaq. Ciddi hazırlaşırıq. Həm psixoloji, həm də taktiki və fiziki cəhətdən".


Etiketlər:  Rəşad Sadıqov Onlar təhlükəlidirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ