Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya çempionatında 13 idmançımız mübarizə aparacaq

Dünya çempionatında 13 idmançımız mübarizə aparacaq

Tarix: 2 Aprel 2021 19:26

Qılıncoynatma üzrə milli komandamız 3-11 apreldə Misirin paytaxtı Qahirədə keçiriləcək yeniyetmə və gənclərin dünya birinciliyində iştirak edəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qılıncoynatmanın sablya növündə Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov yeniyetmə və gənclərin şəxsi yarışında, eyni zamanda gənclərin komanda yarışında qüvvəsini sınayacaq.

Zərifə Hüseynova yeniyetmə və gənclərin şəxsi, Aysel Əhədova isə yalnız gənclərin şəxsi yarışında mübarizə aparacaq. Şpaqada Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərov gənclərin şəxsi və komanda yarışında iştirak edəcək.

Fuad Qurbanov isə yeniyetmə şpaqaçıların şəxsi yarışında debüt edəcək. Nazilə Rəhimova, Alfiya Abdinova, Azərin İdriszadə isə yeniyetmə və gənclərin şəxsi, bundan əlavə, gənclərin komanda yarışında ölkəmizi təmsil edəcək.


Etiketlər:  Dünya çempionatında idmançımız mübarizə aparacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ