Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda dəhşətli qətl: Kişi arvadını polislə əlaqədə olduğu üçün qətlə yetirdi

Azərbaycanda dəhşətli qətl:  Kişi arvadını polislə əlaqədə olduğu üçün qətlə yetirdi

Tarix: 3 Aprel 2021 11:10

Sabirabad rayonunda arvadını öldürməkdə təqsirli bilinən Eyvaz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sonxeber.net Demokrat.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlkin Abdullayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Sabirabad rayonun Hacıbəbir kəndində kənd sakini, 46 yaşlı Eyvaz Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 41 yaşlı Təranə Məmmədovanı balta ilə vuraraq qətlə yetirib.

Yoldaşı ilə xeyli mübahisə edən ər onu ot tayasının yanına apararaq elə oradaca baş nahiyəsindən üç balta zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Xeyli müddət ailə başçısı Türkiyəyə işləməyə, ailəsi üçün pul qazanmağa gedibmiş. Pandemiya səbəbindən geri dönə bilməyən Eyvaz Məmmədov nəhayət ötən il avqustun 8-də evinə dönə bilib.

Məlumata görə, Şirvan mühafizə polisinin əməkdaşı olan polis nəfəri avqustun 4-də qadınla birlikdə münasibətdə olarkən tutulub.

Qətl hadisəsi isə qadının əri Türkiyədən dönəndən sonra baş verib.

İstintaq orqanı tərəfindən Eyvaz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Etiketlər:  Azərbaycanda dəhşətli qətl Kişi arvadını polislə əlaqədə olduğu üçün qətlə yetirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ