Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Aliment verməmək üçün qadınlarınızı əxlaqsız çıxarırsınız” - Zaur Baxşəliyev əsəbiləşdi

“Aliment verməmək üçün qadınlarınızı əxlaqsız çıxarırsınız” - Zaur Baxşəliyev əsəbiləşdi

Tarix: 3 Aprel 2021 13:40

"DNT analizi edin deyirlər. Nəyə verək? Bilirsiz neçəyədir? 2000-2500 manatdır analiz. Bilmirsiz uşaq sizindi, ya yox? Nə asandı insanları ləkələmək. Aliment verməmək üçün qadınlarınızı əxlaqsız çıxarırsınız.  Ayıb deyil?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. Həyat yoldaşını əxlaqsız adlandıran kişiyə əsəbiləşən aparıcı bunları söyləyib:

"Camaatın qızını alıb aparanda, belinə qırmızı bağlayıb toy edəndə bilmirdin kimdir? Elə bilirlər DNT analizi asandı. Qadınlarınıza niyə ləkə yaxırsız? Pis idi zamanında ayrılardın, toy günü gətirib anasının qapısına qaytaraydın ki, salamat qız böyütməmisən. Əsəbiləşirəm insanların əlindən,  ata gəlib 100 manat verməmək üçün deyir, qadın pozğundur, əxlaqsızdır. Camaat iki gündür küçədə tanış olduğunu qoruyur. Siz bir yastığa baş qoyduğunuz, uşaq dünyaya gətirən qadına ləkə yaxırsız? Əvvəl bu sözü işlədən kişi gedib özünü öldürərdi. Adamlar var ki, nələr xərcləyir, hər şeyini satır verir uşağım olsun. Bəziləri isə qəbul etmir".

Milli.Az


Etiketlər:  Aliment verməmək üçün qadınlarınızı əxlaqsız çıxarırsınız Zaur Baxşəliyev əsəbiləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ