Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ermənistanda hərəkətə keçdi: “Sərkisyanla vaxtaşırı görüşürük”

Rusiya Ermənistanda hərəkətə keçdi: “Sərkisyanla vaxtaşırı görüşürük”

Tarix: 3 Aprel 2021 19:08

"Ermənistan prezidenti ilə görüşlər ənənəvi xarakter daşıyır".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında deyib.

"Siyasi dialoqumuz intensivliyini itirməyib, düşünürəm ki itirməyəcək. Prezidentlə görüşüm ənənəvidir, ikitərəfli münasibətləri yoxlamaq, qiymətləndirmələr aparmaq üçün vaxtaşırı görüşürük", - səfir vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan prezidentinin vəziyyəti necə qiymətləndirdiyini bilmək maraqlıdır: "Bu normal əlaqədir və müntəzəm xarakter daşıyır".

Kopırkın Sərkisyanın "Rusiya ilə münasibətlər üçün yeni yol xəritəsinin hazırlanması zərurəti" ilə bağlı açıqlamasına da toxunub: "Mənim üçün daha təfərrüatlı danışmaq çətindir, çünki bu yol xəritəsində nələrin ola biləcəyi barədə daha ətraflı məlumata malik deyiləm".

Ermənistan Prezidenti Armen Sərkisyan aprelin 2-də Rusiyanın bu ölkədəki səfiri ilə görüşüb.


Etiketlər:  Rusiya Ermənistanda hərəkətə keçdi Sərkisyanla vaxtaşırı görüşürük


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ