Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Avronun atası” dünyasını dəyişdi

“Avronun atası” dünyasını dəyişdi

Tarix: 6 Aprel 2021 08:40

Kanadalı iqtisadçı, 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, optimal valyuta zonaları nəzəriyyəsinin banisi, "avronun atası" adlandırılan şəxslərdən biri - Robert Mandell 88 yaşında vəfat edib.

"Kolumbiya Universitetinin fəxri professoru Robert Mandell aprelin 4-də ömrünün 89-cu ilində ailəsilə bərabər yaşadığı İtaliyanın Toskana şəhərində dünyasını dəyişib", - deyə Kolumbiya Universitetinin iqtisadi araşdırmalar proqramının direktorunun köməkçisi Sofiya Conson məlumatı təsdiqləyib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, R.Mandelli Avropanın vahid valyutası kimi avronun yaradılmasının ideya və intellektual ilhamvericisi hesab olunur. Ötən əsrin 60-cı illərindən başlayaraq o, Ümumavropa İqtisadi və Valyuta İttifaqının yaradılması ideyasını dəstəkləyib və avronun tətbiqi üçün nəzəri zəmin yaradıb.


Etiketlər:  Avronun atası dünyasını dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ