Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 12:16
Rusiyanın Kemerova şəhərində 22 yaşlı gənc keçmiş sevgilisinin boğazına şüşə qırığı dirəyərək onu girov götürüb.
Sonxeber.net oxu-az-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı kadrlar təqdim edib.
Bildirilir ki, gənc keçmiş sevgilisinin işlədiyi ticarət mərkəzinə gəlib, orada onların mübahisəsi düşüb. Sonda hiddətlənən gənc əlinin altındakı şüşə butulkanı sındırıb və qırığını qızın boğazına dirəyərək çıxmasını tələb edib. Şahidlər bunu görərək mühafizəçilərə xəbər verib.
Hadisə yerinə polislər cəlb olunub. Onlar gənclə danışıblar, birinci mərtəbəyə düşəndən sonra isə onun zərərsizləşdirə biliblər.
Qıza zərər dəyməyib.
Hadisə ilə bağlı "ölüm təhdidi" maddəsi ilə cinayət işi açılıb.