Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 19:14
Çinin Türkiyədəki səfiri Cui Vei Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, buna səbəb səfirliyin İYİ Partiya başqanı Meral Akşener və Ankara Böyük şəhər Bələdiyyəsinin başqanı Mansur Yavaşı hədələməsidir.
Qeyd edək ki, hər iki siyasətçi aprelin 5-də Kaşqar vilayətinin Barın qəsəbəsində törədilən qətliamın 31-ci ildönümü ilə bağlı paylaşım edib.
Bu paylaşımdan sonra səfirlik sosial media hesabında bunları yazıb: "Çin tərəfi haqlı qarşılıq vermə haqqını özündə saxlayır".
Səfirlik onların hər ikisini paylaşımda etiketləyib.