Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 21:30
"Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək".
Sonxeber.net xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev tvitter hesabında yazıb.
O qeyd edib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir.
T.Gəncəliyevin sözlərinə görə, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir:
"Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!".