Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2021 12:48
Sahibkarların qaz çəkilişi üçün aldıqları texniki şərtdə dəyişiklik olunur
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Birliyə yeni təklif daxil olub.
Belə ki, Dövlət Xidməti sahibkarların təbii qaz çəkilişi üçün aldıqları texniki şərtdə dəyişiklik olunmasını tövsiyə edib.
Bu günədək bu sənəddə əksini tapan 4.8-ci bənd (istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır) qeyd edilən sənəddən çıxarılacaq.
Çünki bu tələb sahibkarın qaz ölçü qurğusu seçərkən yenisini almasını şərtləndirirdi.
Lakin bəzi sahibkarlar təmir edilərək yenidən istifadəsi mümkün olan qaz sayğaclarından yararlanmaqla, məsrəflərinə qənaet etmək istəyirdilər.
Bu kimi müraciətləri nəzərə alan Dövlət Xidməti müvafiq təklifi "Azəriqaz" İB-yə yönəldib və Birlik də belə bir təşəbbüsü müsbət qarşılayıb.