Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Məmmədağa Səfərovun adı əbədiləşdirildi - VİDEO - FOTO

Şəhid Məmmədağa Səfərovun adı əbədiləşdirildi - VİDEO - FOTO

Tarix: 8 Aprel 2021 11:50

Onun adı Türkiyədə oxuduğu universitetin konfrans salonuna verildi

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Rəna Səfərovanın övladı Məmmədağa Səfərov 44 gün davam edən Vətən müharibəsi zamanı şəhid olub.

Onun bu gün Türkiyənin Balıkesir Universitetində olmağına səbəb isə oğlunun adının məhz bu universitetdə əbədiləşdirilməsidir.

Ölümündən sonra "Vətən uğrunda""Xocavəndin azad olunması uğrunda" medalları ilə təltif edilən Məmmədağa Səfərov Qarabağda savaş başlayan günə qədər Balıkesir Universitetində təhsil alıb.

Vətən müharibəsi başladıqda isə öz istəyi ilə təhsilini donduraraq Qarabağ uğrunda döyüşlərə qatılmaq üçün hərbi xidmətə yollanıb. Oktyabrın 21-də Xocavənd uğrunda döyüşlərdə şəhid olub.

Bundan sonra Şəhid Məmmədağanın xatirəsini həm də onun oxuduğu Balıkesir Universitetində yaşayacaq.

Şəhidin adı təhsil aldığı universitetin ən böyük konfrans salonlarından birinə verildi.

REAL TV-yə danışan şəhidin anası Rəna Səfərova oğlunun Vətən müharibəsinə yollanmaq üçün Azərbaycana qayıtmasını və onunla olan son söhbətini xatırladı.

Şəhidin adının universitetdə əbədiləşdirilməsi bu təhsil müəssisəsinin rəhbərliyi və təhsil aldığı mühəndislik fakültəsinin təşəbbüsü ilə baş tutub.

Bu münasibətlə Balıkesir Universitetində keçirilən rəsmi mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Azərbaycanın Türkiyədəki səfiri və Səfirliyin təhsil müşaviri də iştirak etdi.

Səfir Xəzər İbrahim çıxışı zamanı bildirdi ki, şəhid Məmmədağa Səfərovun adını yaşatmaq üçün Balıkesirdə liseylərdən birinə də onun adı veriləcək.

Mərasimdə həmçinin şəhid Məmmədağa Səfərovla eyni universitetdə oxuyan onunla dost olan tələbə yoldaşları da iştirak etdi.

Tədbir çərçivəsində universitet rəhbərliyi ilə şəhidin ailə üzvləri arasında görüş də keçirildi.


Etiketlər:  Şəhid Məmmədağa Səfərovun adı əbədiləşdirildi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ