Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 14:44
Almaniya Rusiyanın "COVID-19"a qarşı hazırladığı "Sputnik V" peyvəndi üçün rəsmi Moskva ilə ikitərəfli danışıqlara başlayacaq.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,bu barədə Almaniyanın səhiyyə naziri Jens Spahn KİV-ə açıqlamasında bildirib. O, bu barədə Avropa İttifaqına məlumat verdiklərini qeyd edib.
Spahn açıqlamasında peyvəndi müstəqil şəkildə alacaqlarını təsdiqləyib:
"Hər şeydən əvvəl, hansı miqdarda və nə vaxt alına biləcəyi barədə danışacağıq. "Sputnik V"yə 4-cü mərhələdə, ya da 2022-ci ildə ehtiyacımız ola bilər".