Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 19:28
Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Oleksandr Filippova (İsrail), növbəti raundda isə Tahir Güleçə (Almaniya) qalib gələrək ən azı bürünc medalı özü üçün təmin edib.