Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2021 15:56
"Fənərbağça" "Yeni Malatyaspor"la oyunda (1:1) itirdiyi xallara görə komandada özünü doğrulda bilməyən 10 futbolçunu göndərməyi düşünür.
Sonxeber.net Offsideplus.az-a istiandən xəbər verir ki, "sarı-lacivərtlər" yeni mövsümdən etibarən bu futbolçularla yollarını ayıracaq:
Maurisio Lemos, Marsel Tisseran, Harun Tekin, Filip Novak, Mbvana Samatta, Papis Sisse, Mame Tiam, Diaqo Perotti, Ferdi Kadıoğlu və Xose Sosa.
Bu futblçuların əvəzində klub rəhbərliyi "Everton"dan Yerri Minanı transfer etmək istəyir. "Fənərbağça"nın 26 yaşlı müdafiəçini icarə əsasında heyətinə qatmaq üçün hərəkətə keçdiyi bildirilir.
Qeyd edək ki, 2018-ci ildən bəri "Everton"da çıxış edən Minanın müqaviləsi 2023-cü ildə başa çatır.