Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 17:10
Son vaxtlar koronavirusa yoluxmuş şəxslərdə qanda oksigen səviyyəsinin aşağı enməsi və ağciyərlərdə "buzlu şüşə"nin yaranması hallarının daha tez müddətdə baş verməsini müşahidə edirik.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında infeksionist Süleyman Kamilov deyib. O bildirib ki, koronavirus mutasiyadan sonra daha təhlükəli formaya keçib və yoluxanların vəziyyəti daha tez ağırlaşır:
Virusa yoluxmuş xəstələr temperatur yüksəlməsinin və boğulma hallarının ani və daha ağır formada baş verməsindən şikayət edirlər. Virus mutasiya fonundan sanki daha çox aqressivləşib. Xəstələrin səhhətindəki bu ağırlaşmaları artıq 3 gün ərzində müşahidə edirik.
Bundan başqa virusun ötən dalğalardakı bəzi əlamətləri bu dalğada qeydə alınmır. İyi və dadbilmə əlamətlərinin itməsi barədə olan şikayətlərlə isə artıq çox rastlaşmırıq".