Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 17:20
Müğənni Günel Ələkbərovadan ("Pişik" Günel) xəbər var.
Bir müddət əvvəl COVID-19 virusuna yoluxan ifaçı vəziyyətinin yaxşılaşdığını bildirib.
Sonxeber.net xəbər verir ki, bu barədə yenisabah.az-a danışan G.Ələkbərova artıq evdən çıxma qadağasının olmadığını qeyd edib:
"Müalicəm artıq bitib, səhhətim düzəlib. Karantin müddətimi də tamamlamışam, şükürlər olsun ki, sağaldım. Allah bütün koronavirus xəstələrinə şəfa versin. Bəzi həmkarlarım da yoluxub, bu gün də Niyaməddin Musayevin yoluxduğunu öyrəndim. Allah hamıya şəfa versin, hamısı tezliklə sağalıb ayağa qalxsınlar".
Xanım müğənni müalicəsini evdə tamamladığını, xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu deyib:
"Xəstəxanaya yerləşdirilməyimlə bağlı yayılan xəbərlər yalandır. "Heç bir xəstəxanaya yerləşdirilməmişəm. Evdə özüm müalicəmi aparıb, sağalmışam. Mən xəstəliyi o qədər də şiddətli keçirmədim, müalicələrimi etdikcə səhhətim yaxşılaşırdı".