Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus idmançını məğlub edərək kəməri Azərbaycana gətirdi

Rus idmançını məğlub edərək kəməri Azərbaycana gətirdi

Tarix: 13 Aprel 2021 14:36

Moskvadakı "AMC Fight Night100" turnirində Rusiya təmsilçisi Şamil Amirova qalib gələn Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov Vətənə qayıdıb.

Milli.Az oxu24.com-a istinadən məlumat verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 27 yaşlı idmançını yaxınları, dostları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Nəriman Abbasov çempion titulunu qorumaq üçün keçirdiyi döyüşdə Şamil Amirovu üçüncü raundda texniki nokautla məğlubiyyətə uğradıb.

Bununla da Abbasov yüngül çəkidə (70,3 kq) çempion kəmərini qoruyub.

Milli.Az


Etiketlər:  Rus idmançını məğlub edərək kəməri Azərbaycana gətirdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR