Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 21:24
Əməkdar artist Elnarə Abdullayevanı danışıq tərzinə görə tənqid ediblər.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, xanəndə bu haqda "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, yaxınları belə onu danışığına görə qınayırlar:
"Hətta öz yaxınlarım da qınayır ki, dilini dəyiş. Nə vaxt kənd dilindən çıxacaqsan? Danışıram da, "j, h,p" demirəm ki... Olanı danışıram, kənddə necəyəmsə, eləyəm. Danışıq tərzimdir, dəyişə bilmərəm".
E.Abdullayeva bildirib ki, şou-biznesdə çoxlarının sirrini bilir:
"Fəxr edirəm ki, söz saxlaya bilirəm. Onların özündən söz çıxmasa, məndən çıxmaz".