Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2021 21:44
"Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı
Çexiya səfiri rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Sonxeber.net modern.az-a istinadən bildirir ki, bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Çexiyanın addımına sərt etiraz edərək ölkəsinin müvafiq cavab tədbirləri görəcəyini bəyan etmişdi.
Qeyd edək ki, Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 15 əməkdaşını ərazisindən çıxarır.