Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lələ-Təpədə düşmənə tutulan “toy”: 600 ölü, yüzlərlə yaralı, 17 tank...

Lələ-Təpədə düşmənə tutulan “toy”: 600 ölü, yüzlərlə yaralı, 17 tank...

Tarix: 20 Aprel 2021 17:56

"Lələ-Təpənin azad edilməsi əməliyyatına kim rəhbərlik edibsə, hamısı məsuliyyətə cəlb olunmalıdır".

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda çıxan "Hetq" nəşrinin redaktoru Edik Baqdasaryan yazıb.

Erməni müəllif Cəbrayıl istiqamətində gedən döyüşlərdə Ermənistan hərbi birləşmələrinin necə məhv edilməsini belə təsvir edib:

"Bu hərbi əməliyyatı planlaşdıran bütün generallar, ilk növbədə ordu rəhbərliyi, baş qərargah rəisi, "Artsax"ın (Dağlıq Qarabağdakı qondarma rejim) "müdafiə naziri" 600-dən çox erməni hərbi qulluqçusunun öldürülməsinə, yüzlərlə yaralıya, silah-sursatın məhv edilməsinə görə cəzalandırılmalıdır. Yalnız Cəbrayılda pilotsuz uçuş aparatları və raketlər vasitəsilə düşmən (Azərbaycan Silahlı Qüvvələri nəzərdə tutulur) 17 tankımızı sıradan çıxarıb. Tankların bir çoxunun ekipajı (hər bir tankda ən azı 3 nəfər olur) zirehli texnikanı atıb qaçmaq məcburiyyətində qalıblar ki, diri-diri yanmasınlar. Həmin döyüşlərdə iştirak edən və möcüzə nəticəsində sağ qalan əsgərləri danışdırsanız, onlar canlarını qurtardıqları əsl cəhənnəm barədə sizə geniş söhbət edərlər. Həmin əsgərlərlə mütləq həmsöhbət olun. Onlar əsgər yoldaşlarının cəsədlərini döyüş meydanından götürə bilmədiklərini ağlayaraq danışacaqlar".


Etiketlər:  Lələ Təpədə düşmənə tutulan ölü yüzlərlə yaralı tank


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ