Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 10:22
Bakıda meyiti tapılan 25 yaşlı qadınla bağlı ekspertiza təyin edilib.
Sonxeber.net xəbər verir ki, damda tapılan 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyitinə ilkin baxış zamanı onun üzərində gözlə görünən hər hansı xəsarət izi aşkar edilməyib.
C.Hüseynovanın ölüm səbəbi ilə bağlı dəqiq cavabı məhkəmə tibb ekspertizası verəcək. İlkin versiya kimi onun həddən artıq narkotik vasitə qəbul edərək zəhərləndiyi gözdən keçirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, meyit bu gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Nəsimi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasının damından götürülüb.