Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 11:50
Bakıda bəzi reklam lövhələri və dirəklər piyada səkilərini zəbt edib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, paytaxt sakinləri bildirirlər ki, bu cür dirəklərin çox olduğu səkilərdən uşaqla keçmək onlara çətindir.
Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, mütəmadi olaraq dirəklər və lövhələrlə bağlı tədbirlər görülür. Bu problemlə bağlı 2017-ci ildə küçə və prospektlər təhlil edilib, nəticələr barədə müvafiq icra hakimiyətlərinə məlumat göndərilib.
Mais Ağayev onu da qeyd edib ki yaşlı, uşaqlı və fiziki məhdudiyyətli şəxslər xüsusilə nəzərə alınaraq risklər aradan qaldırılmalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: