Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 14:05
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aşıq Əli Tapdıqoğlu olub.
Sonxeber.net xəbər verir ki, sənətçi Tatarıstanın Kazan şəhərində keçirilən tədbirdə ifaçı Rövşən Əzizə verdiyi 12 min dollar qonorarın itdiyini deyib.
Rövşən Əziz də studiyaya gələrək ittihamlara cavab verib:
"Tatarıstanın Kazan şəhərində Əli ilə birgə tədbirdə olmuşuq. 12 min dollar tədbirdən qonorar alınıb. Anlaşmazlıq olub. O pul mənə verilməyib. Əli ilə bizim aramızda pul söhbəti ola bilməz".
Fikrində israr edən Əli Tapdıqoğlu isə pulu məhz Rövşən Əzizə verdiyini deyib:
"Unutqanlıq var. Bəlkə də pulu haradasa salıb, itirib. Əlsində bu məsələ bağlanıb. Rövşən sənət aləmindən yeganə insandır ki, ailəvi dostuq".