Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusu 5 dəqiqəyə aşkar edə bilən TEST HAZIRLANDI

Koronavirusu 5 dəqiqəyə aşkar edə bilən TEST HAZIRLANDI

Tarix: 21 Aprel 2021 21:06

Yapon tədqiqatçılar yeni növ koronavirus infeksiyasını 5 dəqiqədə aşkar edə biləcək test üsulu hazırlayıblar.

Milli.Az xəbər verir ki, bu barədə Yaponiya dövlət yayım orqanı olan NHK məlumat yayıb

Qeyd edilib ki, Yaponiyanın RIKEN tədqiqat institutu və Tokyo Universitetinin tədqiqatçıları COVID-19-u aşkar etmək üçün yeni metod tapıblar. Bu metodla koronavirus testinin nəticəsini 5 dəqiqə ərzində əldə etmək olur.

RIKEN-nin əsas müstəntiqi Rikiya Watanabe sadə və sürətli testləri özündə birləşdirən metodun mürəkkəb prosesləri əhatə etmədiyini və kommersiyalaşdırıldığı təqdirdə səhiyyə müəssisələri tərəfindən istifadə edilə biləcəyini söyləyib. (publika.az)

Milli.Az


Etiketlər:  Koronavirusu 5 dəqiqəyə aşkar edə bilən TEST HAZIRLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ