Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 12:10
Azərbaycan hazırda 10 noyabr tarixli üçtərəfli bəyənatın icrası ilə məşğuldur. Bəyanatın 9-cu bəndində də məhz Zəngəzur dəhlizindən danışılır. O dəhlizdən ki, yaradılması bizim həm milli, həm tarixi, həm də gələcək maraqlarımıza tam cavab verir. Prezident İlham Əliyevin dünənki müsahibəsində bu məsələyə toxunması isə heç də təsadüfi deyil.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bunu siyasi şərhçi Zaur Məmmədov deyib.
O bildirib ki, həmin çıxış Ermənistan tərəfinə bir xəbərdarlıq idi.
Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat, kommunikasiya xətlərinin bərpasına təminat verməlidir. Yəni, Zəngəzur dəhlizi bərpa olunmalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: