Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 13:30
Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu arzusu uğrunda da canını fəda etdi.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət Vətən müharibəsinin qəhrəmanlarından olan Ceyhun Hacızadədən gedir.
O, 1992- ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2010-ci ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda isə könüllü olaraq ön cəbhəyə yollanıb. Tərtər rayonunun Suqovuşan və Talış kəndləri istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.
Ceyhun Hacızadə döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasını məhv edib. Döyüşlərin birində düşmənin minaatanlardan atdığı mərmi onların yaxınlığına düşüb. Ceyhun da qəhrəmancasına şəhid olub.
28 yaşlı gənc döyüşlərə qatılarkən nişanlı olub. Müharibəyə gedərkən anasına deyib ki, ən böyük arzusu vətənin azadlığıdır və yalnız müharibə qurtarandan sonra evlənəcək.
Şəhid Ceyhun Hacızadə ölümündən sonra ''Vətən uğrunda'' medalı ilə təltif edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: