Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Cütlük''dən ağlasığmaz addım - Başqasına məxsus mülkdə icazəsiz toy keçirmək istədilər

''Cütlük''dən ağlasığmaz addım - Başqasına məxsus mülkdə icazəsiz toy keçirmək istədilər

Tarix: 23 Aprel 2021 12:26

Florida (ABŞ) ştatında bəy və gəlin icazəsiz şəkildə başqasının bağ evinə girib özlərinə toy keçirmək istəyiblər.

Sonxeber.net Associated Press-a istinadən xəbər verir ki, Kortni Uilson və Şenita Cons "cütlüyü" sahəsi 1500 kv.metr olan mülkü əvvəldən diqqətə alıblar. Mülkün ərazisində boulinq, üzgüçülük basseyni, tennis kortu və 240 metrlik bar olub. Bir neçə ay əvvəl mülkə alıcı adı ilə yaxınlaşıb, sonra isə sahibi ilə danışıb. Ev yiyəsindən xahiş edib ki, vilasında toy keçirməyə icazə versin. Lakin rədd cavabı alıb. Buna baxmayaraq qonaqlara dəvətnamə göndəriblər.

Evin yiyəsi aprelin 17-də evininq qarşısında çoxsaylı maşınları görəndə şoka düşüb. Onları qovmaq istəsə də, bu mümkün olmayıb. Nəticədə 911 xidmətinə zəng etməli olub.

Kamran


Etiketlər:  Cütlükdən ağlasığmaz addım Başqasına məxsus mülkdə icazəsiz keçirmək istədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ