Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-nın prezidenti öz maaşını artırıb - Qurumun gəlirləri azalsa da

UEFA-nın prezidenti öz maaşını artırıb - Qurumun gəlirləri azalsa da

Tarix: 23 Aprel 2021 14:40

UEFA prezidenti Aleksandr Çeferinin maaşı 2019/2020-ci illər mövsümün nəticələrinə görə 450 min avro artıb.

Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, vergiləri çıxmamaq şərtilə Çeferinin gəliri 2,19 mln avro təşkil edib.

Məlumata görə, UEFA prezidenti ildən ilə öz maaşını artırıb. O, vəzifəsinin icrasının birinci ilində 1,41 mln avro alıb.

Ceferin növbəti mövsümdə maaşını eyni səviyyədə saxlayıb, amma 2018/2019-ci illər mövsümündə gəlirini 1,74 mln avroya, sonrakı mövsümdə isə 2,19 mln avroya çatdırıb.

Ümumilikdə 2016-cı ildə vəzifəsinə təyin olunandan sonra UEFA prezidenti təxminən 6,76 mln avro qazanıb.

31 iyun 2020-ci ildə bitən maliyyə ilinin nəticələrinə görə UEFA-nın gəlirləri koronavirus pandemiyası səbəbindən 21 % azalıb.


Etiketlər:  UEFA nın prezidenti maaşını artırıb Qurumun gəlirləri azalsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ