Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O qədər tənhayam ki, hər gecə ölürəm''

''O qədər tənhayam ki, hər gecə ölürəm''

Tarix: 23 Aprel 2021 18:30

Müğənni Mətanət Əsədova Azad Azərbaycan televiziyasında qonaq olub.

Sonxeber.net teleqraf.com-a istinadla xəbər verir ki, Mətanət Əsədova şəxsi həyatı haqqında danışıb.

"Bir evin xanımı olmalıyam, elə-belə həyat keçirmək istəmirəm. Mənim həyatım çox çətindir. Həyatımı heç kimə arzulamıram. O qədər tənhayam ki, hər gecə ölürəm. Həyatdır, bununla barışmalıyam. Bu, mənim qismətimdir. Məktəb illərindən sonra xoşbəxtlik yaşamamışam. Məzar daşıma yazdırardım ki, dincəlməyə getdi", - deyə o bildirib.

Müğənni ailə qurmaq istəyini də dilə gətirib: "Ağ atlı oğlan gözləmirəm. Ailə qurmaq mənim üçün problem deyil. Sadəcə mən istəyən kimi bir insan yoxdur. Ailə quracağım insan yaşıma, xasiyyətimə, xarakterimə uyğun olmalıdır".


Etiketlər:  qədər tənhayam hər gecə ölürəm


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ