Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada ölkədaxili səfərlər üçün ''yaşıl sertifikat'' sistemi tətbiq olunacaq

İtaliyada ölkədaxili səfərlər üçün ''yaşıl sertifikat'' sistemi tətbiq olunacaq

Tarix: 23 Aprel 2021 19:38

İtaliyada koronavirus pandemiyası ilə əlaqədar tezliklə ölkədaxili səfərləri nizama salmaq məqsədilə "yaşıl sertifikat" sistemi tətbiq olunacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sertifikat sahibləri "narıncı" və "qırmızı" zonalara sərbəst hərəkət edə biləcəklər. Bu sertifikatlar koronavirusa qarşı peyvənd olunmuş, COVID-19 xəstəliyindən sağalmış və ya müvafiq test arayışına malik şəxslərə veriləcək. Peyvənd olunmuş şəxslər üçün sertifikatın etibarlılıq müddəti maksimum altı ay olacaq, eyni zamanda, xəstəlikdən sağalanlar üçün də bu müddət nəzərdə tutulur. Koronavirusa qarşı test verən şəxslərdə isə sertifikatın etibarlılıq müddəti 48 saat olacaq.

Hələlik səhiyyə qurumlarının "yaşıl sertifikat" sistemini nə vaxt işə salacaqları məlum deyil. Eləcə də sertifikatın yalnız elektron və ya kağız formadan ibarət olacağına da aydınlıq gətirilməyib. Məlum olan odur ki, İtaliyada digər Avropa İttifaqı ölkələrinin müvafiq "yaşıl pasport" sistemləri tanınacaq və bu da turizmin canlanmasına töhfə vervməlidir.


Etiketlər:  İtaliyada ölkədaxili səfərlər üçün yaşıl sertifikat sistemi tətbiq olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ