Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2021 14:33
Bu ilin payızına qədər dünyada COVID-19-un müalicəsi üçün ilk həblər hazırlana bilər.
Sonxeber.net Lent.az-a istinadla bildirir ki, bu haqda İngiltərənin baş naziri Boris Conson açıqlama verib.
Onun sözlərinə görə, sağlamlıq mütəxəssisləri dərmanla üçüncü xəstəlik dalğası zamanı mübarizə aparıla biləcəyini proqnozlaşdırırlar.
Conson, peyvəndlər və kütləvi testlərlə birlikdə antiviral dərmanların COVID-19-a qarşı üçüncü müdafiə üsulu ola biləcəyini irəli sürüb.