Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şirvanda COVİD-19 virusuna yoluxan şəxs evini tərk edərkən saxlanılıb

Şirvanda COVİD-19 virusuna yoluxan şəxs evini tərk edərkən saxlanılıb

Tarix: 25 Aprel 2021 16:56

Şirvanda evini tərk edən COVİD-19 virusuna yoluxan şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, Şirvan sakini 1984-cü il təvəllüdlü Abdullayev Amid Rəhman oğlu yaşadığı Energetik küçəsi 9 mənzil 18 mənzili tərk etdiyindən polis tərəfindən saxlanılıb. Xüsusi mühafizə  geyimində olan polis əməkdaşları təcili yardım vasitəsi ilə onu yaşadığı mənzilə qaytarıblar. Polis əməkdaşları tərəfindən həmin şəxslə profilaktik söhbətlər aparılıb, ona izah edilib ki, bu hərəkətləri ilə o, digər sağlam şəxsləri yoluxdurmaqla virusun yayılmasına risklər yaradır.

Faktla bağlı polis şöbəsində tədqiqat başlanılıb.

Milli.Az


Etiketlər:  Şirvanda COVİD 19 virusuna yoluxan şəxs evini tərk edərkən saxlanılıb


RƏYLƏR