Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2021 12:10
İkinci Qarabağ müharibəsi zamanı müqəddəs amallar uğrunda döyüşən, qorxunun nə olduğunu bilmədən Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də Mürşüd Əhmədzadədir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 2000- ci ildə Tərtər rayonunun Evoğlu kəndində doğulan Mürşüd uşaqlığından nənəsinin yanında böyüyüb.
Mürşüd həqiqi hərbi xidməti bitirəndən sonra müddətdən artıq hərbi qulluqçu fəaliyyətini davam etdirib. Vətən müharibəsi başlayanda isə döyüşə yollanıb. Mürşüd Əhmədzadə Suqovuşan və Talış kəndləri istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edib. Suqovuşanda düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində onun da rolu olub.
Onun şəhid olması sonradan bilinib. Nəşi Suqovuşanda meşəlik ərazidən 54 gün sonra tapılıb.
Şəhidimizin qanı yerdə qalmadı, torpaqlarımız azad olundu. İndi Mürşüd və bütün şəhidlərimizin ruhu şaddır!
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: