Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp” messencerində mesajlar üçün vacib funksiyaya dəyişiklik ediləcək

“WhatsApp” messencerində mesajlar üçün vacib funksiyaya dəyişiklik ediləcək

Tarix: 27 Aprel 2021 09:39

Populyar “WhatsApp” messencerinin tərtibatçıları mesajların avtomatik silinməsi seçiminə dəyişlik etməyi planlaşdırırlar. Bu haqda “WABetaInfo” saytı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, mesajların göndərilməsindən 24 saat sonra onların avtomatik silinməsi imkanı istifadəçilərə təklif ediləcək. Bu funksiya həm şəxsi, həm də qrup çatlarında əlçatan olacaq.

 

İndi “WhatsApp” messencerinin tənzimləməsində mesajların yalnız 7 gündən sonra avtomatik silinməsi imkanını seçmək mümkündür. Bu halda mesajlar həm göndərən, həm də onu alan tərəfdə silinir.

 

Yeni funksiya hələ ki beta test mərhələsindədir.

 

Emil Hüseynov




Etiketlər:  WhatsApp messencerində mesajlar üçün vacib funksiyaya dəyişiklik ediləcək


RƏYLƏR