Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 11:26
2021-ci ildə Azərbaycanda inflyasiya 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.
Sonxeber.net bu barədə Asiya İnkişaf Bankının (AİB) "Asian Development Outlook-2021" hesabatına istinadən məlumat verir.
Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycanda inflyasiya 3 faizədək azalacaq.
Qeyd olunur ki, buna daxili ərzaq qiymətlərinin proqnozlaşdırılan azalması səbəb ola bilər.
2020-ci ildə Azərbaycanda inflyasiya 2,8 faiz təşkil etmişdi.