Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 11:40
Model Ebru Şallı həyat yoldaşı Uğur Akkuşun keçmiş arvadı Qonca Derinin saxta hesablar açaraq ona təhqir dolu mesajlar yazdığını iddia edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, modelin bu ittihamlarının əsassız olduğu sübut olunub. Bundan sonra Qonca Derin açıqlama verərək Ebruya ismarış yollayıb:
"Səbəbsiz yerə mənə söyüş söydün, təhqir etdin, şər atdın. Sonra anladın ki, sənə o mesajları yazan mən deyiləm. Bəs niyə sonra onu yazanları axtarıb, tapmadın? Mən olsam sənin kimi etməzdim. O təhqirləri görməzdən gəlməzdim. Buradan da aydın olur ki, sənin dərdin ancaq mənimlədir".
Qeyd edək ki, Uğur Akkuşla Qonca Derin 2018-ci ildə ayrılıblar.