Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İctimai yerlərdə 5 koronavirus xəstəsi saxlanılıb, 1 nəfərə cinayət işi açılıb

İctimai yerlərdə 5 koronavirus xəstəsi saxlanılıb, 1 nəfərə cinayət işi açılıb

Tarix: 28 Aprel 2021 15:24

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 27-də respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Milli.Az


Etiketlər:  İctimai yerlərdə koronavirus xəstəsi saxlanılıb nəfərə cinayət işi açılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ